RU

İranın yeni paytaxtının hansı şəhər ola biləcəyi açıqlanıb

İranın paytaxtı Tehrandan Mazandaran əyalətinin Məkran şəhərinə köçürülə bilər. Bu barədə İran mətbuatı İran hökumətinin sözçüsü Fatimə Mohaciraniyə istinadən xəbər yayıb.

Onun sözlərinə görə, İran hökuməti yeni paytaxtla bağlı araşdırmalar aparmaq üçün iki şura yaradıb ki, onlardan biri paytaxtın problemlərini, digəri isə dəniz iqtisadiyyatı ilə məşğul olacaq.

“Məkran bölgəsində bütün imkanlar təmin edilməlidir, istər mühəndislik, istər sosioloji, istərsə də iqtisadiyyat. Bizim bütün ziyalıların, eləcə də ekspertlərin köməyinə ehtiyacımız var. Ancaq dediyim kimi, yeni paytaxt mütləq cənubda, Məkran bölgəsində olacaq”, - Mohacirani əlavə edib.

2015-ci ildə İranın paytaxtının Tehrandan köçürülməsi ilə bağlı qanun qəbul edilib. Bu yaxınlarda İslam Respublikasının prezidenti Məsud Pezeşkian Yollar və Şəhərsalma Nazirliyinə paytaxtın Tehrandan köçürülməsi layihəsinin hazırlanmasını tapşırıb.

Избранный
27
buta.media

1Источники