RU

“O mənim haqqımda danışmağa layiq deyil” - Xalq artisti

"Onun haqqında danışarkən belə gülməyim gəlir. Nə demək istdiyini özü də bilmir".

 
AZXEBER.COM xəbər verir ki, bu sözləri Xalq artisti İlqar Muradov "Sözüm var" layihəsinə müsahibəsində deyib.
 
Uzun zaman öncə qalmaqal yaşadığı müğənni Əli Mirəliyev haqda fikirlərini bölüşən Xalq artisti onu ciddiyə almadığını deyib:
 
 
 
"Onun haqqında danışarkən belə gülməyim gəlir, elə hamı üçün də. Bu yaşında biri nə demək istdiyini özü də bilmir. Mən onu boş buraxmışam çünki o mənim haqqımda danışmağa layiq insan deyil. Bir dəfə onu başa saldım ki, sən düz eləmirsən. Təbii ki, heç bir münasibətimiz yoxdur indi. Çünki o, tam fərqli bir insandır".
 
Xatırladaq ki, Əli Mirəliyev qonaq olduğu verilişdə "İlqar Muradov mahnı oxumur, söhbət edir. Piri babanın nağılını danışır. Elə oxumaq olar? Zil var, bəm olmalıdır, orta səs olmalıdır. Bunlar başqa şeylərdir, mən bunların fərqini bilirəm” sözlərini demişdi.
Избранный
28
yenilik.az

1Источники