"Cənab Prezidentin verdiyi müsahibə Azərbaycan ictimaiyyəti və beynəlxalq ictimaiyyət üçün kifayət qədər maraqlı idi. Çünki cənab Prezidentin işlətdiyi ifadələr, həm regionumuz, həm də dünya üçün mühüm əhəmiyyət kəsb edirdi. Şübhəsiz cənab Prezident öz müsahibəsində çox mühüm məqamlara toxundu. Onlardan biri də Qərbi Azərbaycan məsələsi idi. Prezident bildirdi ki Qərbi azərbaycanlılar 20-ci əsrdə üç dəfə deportasiyaya məruz qalıblar. Onlar tamhüquqlu vətəndaş olduqları halda yurdlarından çıxmalı oldular. Azərbaycanlıların çıxarıldığı kəndlər bu gün tamamilə boşdur. Həmçinin onların təhlükəsizliyi təmin edilməli, yaşam standartları verilməlidir". Bu fikirləri siyasi şərhçi Kazım Kazımov Olaylar.az-a açıqlamasında bildirib:
"Qərbi Azərbaycan İcması ilə Nikol Paşinyan arasında görüş olması müsbət hadisə olar. Çünki Paşinyan demokrat olduğunu həqiqətən isbat etməyə çalışırsa, görüşsün. Levon Ter-Petrosyanın bir neçə gün öncə yayılan videosundan da maskalanmış faşist olduğunu gördük. Paşinyanın da bu günə qədərki sözləri ilə əməllərinin tutuşmadığını görürük. Onlar kimi olmadığını sübut etmək istəyirsə, Qərbi azərbaycanlılar məsələsiylə yaxından maraqlanmalı, onlar arasında görüş təşkil olunmalıdır".
Zeynəb Rzayeva
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31