RU

Revanşist bütün erməniləri savaşa çağırış ETDİ:Yeni müharibəyə hazır olmalıyıq/FOTO

Ermənistanın bütün təhlükəsizlik sistemini darmadağın edən və faktiki olaraq müqavimətdən əl çəkən hazırkı rejim indiyədək öz siyasəti ilə Azərbaycanın iştahını qabardıb.

Paytaxt.org erməni mediasına istinadən xəbər verir ki, bu sözləri Ermənistanın bədnam “Ayakve” təşkilatının lideri Avetik Çalabyan deyib.

Çalabyan bütün ermənilərə savaşmağa çağırış edib.



“Reallıq budur ki, bu gün Ermənistan ya yeni müharibə, ya da yeni birtərəfli güzəştlər dilemması qarşısındadır. Nə qədər ki, ölkəni bir neçə ildir aşkar yalançı “sülh” proqramı ilə insanları aldatmağa çalışan bu təslimçi rejim idarə edir, Ermənistan savaşa heç vaxt da hazır olmayacaq.


Əsl sülh üçün biz hər zaman müharibəyə hazır olmalıyıq. Ermənistanın sonsuz güzəştə getmək və bununla da qan tökmək imkanı yoxdur”, - deyə Çalabyan bildirib.

Musavat.com

Избранный
10
1
paytaxt.org

2Источники