RU

Suriyanın yeni lideri ilk xarici səfərini Türkiyəyə edəcək


Suriyanın yeni hakimiyyətinin lideri Əhməd əl-Şaraa ilk xarici səfərini Türkiyəyə edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şafak” qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, bu səfər ən qısa bir vaxtda reallaşa bilər.
Nəşrin məlumatına görə, səfər yaxın günlərdə baş tutmalı idi, lakin proqramdakı dəyişikliklərlə əlaqədar təxirə salındı.
Səfər zamanı Əl-Şaraanın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü gözlənilir.
“Yeni Şafak” xatırladır ki, Suriyada müxalifətin hakimiyyətə gəlməsindən sonra Dəməşqə səfər edən ilk xarici nümayəndə Türkiyə kəşfiyyatının rəhbəri İbrahim Kalın olub. Onun ardınca Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriya paytaxtına səfər edib.
Qeyd edək ki, 2024-cü il noyabrın sonunda silahlı müxalifət qrupları Suriya ordusunun mövqelərinə qarşı genişmiqyaslı hücuma keçib. Dekabrın 8-də onlar Dəməşqə daxil olublar. Daha sonra Bəşər Əsəd Suriya prezidenti vəzifəsindən istefa verib və ölkəni tərk edib.
Избранный
35
39
yeniavaz.com

10Источники