Polşa Xarici İşlər Nazirliyi Sankt-Peterburqdakı konsulluğun bağlandığını açıqlayıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Yanvarın 8-də Polşanın Rusiyadakı səfiri Kşiştof Krayevskinin iştirakı ilə Polşa Respublikasının Sankt-Peterburqdakı konsulluğunun bağlanış mərasimi keçirilib”, - məlumatda deyilir.