“FINCA Azerbaijan” tərəfindən “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) dəstəyi ilə regionlarda keçirilən maliyyə savadlılığı təlimləri başa çatıb.
QHT.az xəbər verir ki, ümumilikdə 8 rayon və şəhərdə keçirilən təlimlər zamanı iştirakçılara maliyyə idarəetmə bacarıqlarının inkişaf etdirilməsi, qənaət etmə strategiyaları, ağıllı kredit istifadəsi prinsipləri, maliyyə azadlığına çatmaq üçün effektiv yollar, sığorta növlərinin faydaları və dələduzluq risklərindən qorunma metodları barədə ətraflı məlumat verilib, mövzular üzrə yaranan suallar cavablandırılıb.
Qeyd edək ki, məqsəd əhalinin maliyyə savadlılığı mövzusunda ümumi məlumatlılığını və maliyyə müstəqilliyini artıraraq bu istiqamətdə daha sağlam və davamlı qərarlar vermələrinə dəstək olmaq idi.