Bu sözləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Elmin Nurizadə deyib.
"Sırf təhsil xidmətlərini öyrətmək məqsədi güdən xeyli sayda süni intellekt alətləri mövcuddur. Hər biri ayrı-ayrı funksiyalara xidmət edir. Biz hələ də süni intellekt alətlərində "google" kimi istifadə edirik. Bu o qədər də yetərli deyil. Smartfonlar bizim ayrılmaz hissəmizə çeviriliblər.
Belə olan halda insanları həyata hazırlayan, fərd kimi yetişdirmək funksiyasını məqsəd seçən təhsil sistemində sünki intellekt mövcuddur. Yaxın günlərdə də bu proses sürətlənəcək. Ölkəmizin təhsil sistemində də süni intellekt ilk rüşeymlərini göstərməyə başlayıb".
O bildirib ki, şagirdlər və müəllimlər artıq xüsusi süni intellekt alətləri ilə işləməyi öyrənməlidirlər:
"Bunun üçün onlara xüsusi təlimlər keçirilməlidir. Dəfələrlə demişəm ki, məktəblərimizdə həftədə heç olmasa 2 saat süni intellektlə bağlı dərslər olmalıdır. Bunlar dərnək xarakterli, fakultətiv dərs olmamalıdır. Kimya, riyaziyyat kimi dərs olmalıdır. Dərslərdə praktiki istiqamətlər, nəzəri müddəalar olmalıdır.
Təkcə "ChatGBT" proqramında 50-ə yaxın funksiya var. Biz onun bəlkə də sadəcə 10 funksiyasını bilirik. Hər gün onlarla süni intellekt alətləri, proqramları yaranır. Dövrlə uyğunlaşmaq üçün məsələni təcili sürətdə həll etməliyik".
Əfsanə Kamal
Demokrat.az