Bunu Olaylar.az-a açıqlamasında Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü deyib.
"Bura bizim iqtisadi, sosial məsələlərimizdən illik təhlili, gələcək perspektivləri təqdim etməkdən tutmuş, təhlükəsizlik və Qarabağda quruculuq, abadlıq işləri, Qərbi Azərbaycan məsələsi, Azərbaycanın xarici siyasəti, Azərbaycana qarşı olan təhdidlər, Avropa İttifaqı, ABŞ-ın artıq keçmiş deyə biləcəyimiz administrasiyası, Bayden Administrasiyasının yaratdığı təhlükələr və Ermənistanın silahlanması, Ermənistanın silahlanmasının yaratdığı təhlükələrlə bağlı geniş fikirlər səsləndirib. Hesab edirəm ki, bu fikirlər Azərbaycan xalqı, bizlər üçün və Azərbaycanda regionu, dünyadakı geosiyasi prosesləri təhlil edən, bu istiqamətdə çıxışlar edən, siyasət yürüdən şəxslər üçün də önəmlidir. Çünki artıq Azərbaycan coğrafi ərazi baxımından kiçik dövlət olsa da, İlham Əliyevin sayəsində, yürütdüyü siyasət baxımından kifayət qədər qlobal və genişmiqyaslı fəaliyyətdə çalışmalar həyata keçirən bir ölkədir və bu mənada mən hesab edirəm ki, prezidentin bu müsahibəsi çox önəmli bir məqamlara toxunub.
Burada həm də önəmli məqamlar təhlükəsizliklə bağlı olan məsələdir ki, Azərbaycan Prezidenti ölkəmizin 2025-ci ildə də yürüdəcəyi, əsas üstünlük verəcəyi xarici siyasətlə bağlı fəaliyyətlər və çalışmalarla əlaqədar fikirlərini təqdim edir. Hesab edirəm ki, Ermənistan və onun indiki rəhbərliyi təhdid yaratmaq, təxribat siyasətindən əl çəkməlidir, pezidentin fikirlərinə diqqət etməli, çağırışlarına əhəmiyyət verməlidir və Ermənistana dəstək verən qüvvələr də bu məsələlərdən əl çəkərək Prezident İlham Əliyevin etdiyi çıxışda səsləndirdiyi fikirlərə tezliklərə əməl edərək, ona uyğun olaraq bölgədə sülhün, sabitliyin təmin olunması üçün Azərbaycanın təqdim etdiyi istiqamət, plan üzrə hərəkət etməyə çalışmalıdır. Mən hesab edirəm ki, bütün bunlar Azərbaycan dövlətinin gələcək fəaliyyətinin konturlarını və əsas istiqamətlərini göstərmək baxımından önəmlidir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31