RU

Dünyanın "ən güclü" pasportları AÇIQLANDI

Hər il dünyanın ən güclü pasportlarını dərc edən \"Henley & Partners\" 2025-ci ilin siyahısını paylaşıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, 1-ci yerdə Sinqapur dayanır.
 
Dünyanın 195 ölkəsinə vizasız səyahət etmək hüququ təqdim edən Sinqapur pasportu, əvvəlki illərdə olduğu kimi bu ilki siyahıda da birinci olub və dünyanın ən güclü pasportu adını saxlaya bilib.
 
2-ci yerdə Yaponiya dayanır. İnkişaf etmiş ölkə olan Yaponiya təklif etdiyi pasportla vətəndaşlarına geniş səyahət azadlığı təqdim edir. Yaponiya pasportu olan hər kəs 193 ölkəyə vizasız daxil ola bilər.
 
Siyahıda 3-cü yeri 6 ölkə bölüşüb. Fransa, Almaniya, İtaliya və İspaniya keçən il açıqlanan siyahı ilə müqayisədə iki pillə geriləsələr də, 192 ölkəyə vizasız səyahət etmək imkanı olan Finlandiya və Cənubi Koreya ilə eyni sırada yer alıblar.
 
Avstriya, Danimarka, İrlandiya, Lüksemburq, Hollandiya, Norveç və İsveç 4-cü yerdədirlər.

Avropa İttifaqına (Aİ) üzv olan bu 7 ölkə vətəndaşları 2025-ci ildə 191 istiqamətə vizasız gedə biləcəklər.
 
Siyahının qalan hissəsi isə belədir:

5 - Belçika, Yeni Zelandiya, Portuqaliya, İsveçrə, Böyük Britaniya (190 ölkəyə vizasız səyahət)

6 - Avstraliya, Yunanıstan (189 ölkəyə vizasız səyahət)

7 - Polşa, Malta, Kanada (188 ölkəyə vizasız səyahət)

8 - Çexiya, Macarıstan (187 ölkəyə vizasız səyahət)

9 - ABŞ, Estoniya (186 ölkəyə vizasız səyahət)
 
10 - Litva, Latviya, Sloveniya, Birləşmiş Ərəb Əmirlikləri (185 ölkəyə vizasız səyahət)

11 - Xorvatiya, İslandiya, Slovakiya (184 ölkəyə vizasız səyahət)

12 - Malayziya

13 - Lixtenşteyn

14 - Cənubi Kiprin Yunan Administrasiyası

15 - Bolqarıstan, Monako, Rumıniya

16 - Çili

17 - Argentina

18 - Andorra, Braziliya, Honq-Konq, San Marino

19 - İsrail

20 - Bruney

Oksana
Избранный
25
azxeber.com

1Источники