Bakı. Trend:
Fransa prezidenti Emmanuel Makronun beynəlxalq hüququn qorunmasıilə bağlı bəyanatı getdikcə farsa çevrilir. Fransız prezidenttez-tez qlobal ədalətə olan sədaqətindən dəm vursa da, onunhərəkətləri və bəyanatlarında açıq-aydın ikili standartlar özünübüruzə verir.
Trend-inxəbərinə görə, Fransanın “La Gazette du Caucase” onlayn nəşrindədərc olunmuş məqalədə qeyd olunur ki, Makronun ritorikası,ələlxüsus da Azərbaycanla bağlı bəyanatları - öz mövqeyini sarsıdannarahatedici faktları görməzdən gəlməklə, beynəlxalq arenada əxlaqilider obrazı yaratmaq cəhdidir.
"Makron dünya liderlərinə qarşı təkəbbürlü davranışları iləməşhurdur. Onun 2017-ci ildə “Burkina-Faso prezidenti kondisonertəmir etməyə gedib” replikası, Makronun Afrika ölkələrinə qarşıhimayədar münasibətinin bariz nümunəsidir. Hərçənd onun məhzAzərbaycana olan münasibəti fransalı prezidentin riyakarlığınındərinliklərini açıq-aydın şəkildə faş edir", - nəşr yazır.
“La Gazette du Caucase”in yazdığına görə, MakronunAzərbaycandakı erməni separatçılara qeyd-şərtsiz dəstək göstərməsionun yürütdüyü xarici siyasətin məntiqi ilə bağlı bir sıra suallardoğurur. Ermənistana Fransa, Rusiya və İran kimi geosiyasi rəqiblərdəstək olduğundan, bu Makronun addımlarının ardıcıllığını şübhəaltına alır.
Məqalə onun yanaşmasını tənqid edərək, onun Parisin “düşmənsaydığı” ölkələrlə müttəfiq olan Ermənistana dəstək göstərməsiniuyğunsuz hesab edir.
Bu arada, Makron öz təniqdlərini Azərbaycana, ələlxüsus daFransanın dənizaşırı əraziləri ilə bağlı məsələyə təmərküzləşdirib.Onun bəyanatları rikayar olmaqdan savayı, beynəlxalq hüquqda realvəziyyətdən tamamilə uzaqdır. Makron Azərbaycanı, Yeni Kaledoniyakimi Fransanın ərazilərinə “qarışmaqda” ittiham edir, lakin eynizamanda, Ermənistanın Azərbaycana qarşı beynəlxalq hüququn dahaciddi pozuntularını görməzdən gəlir.
Azərbaycan uzun illər Ermənistan tərəfininin amansız təcavüzünəməruz qalıb. Söhbət etnik təmizləmələrdən, kütləvi qətllərdən vədigər ciddi insan haqları pozuntularından gedir. “La Gazette duCaucase” qeyd edir ki, 1987-ci ildən bəri bir milyondan çoxazərbaycanlı öz evlərini tərk etməyə məcbur qalıb. Hərçənd Makronhökuməti heç zaman Ermənistan tərəfinin bu addımlarını pisləməyib.Bunun əvəzinə Makron Ermənistana dəstək yolunu seçərək,azərbaycanlıların gerçək iztirablarına göz yumub.
Azərbaycan tərəfinin (Xarici İşlər Nazirliyinin) Makronunritorikasına cavabında hər şey açıq-aydındır: özünü beynəlxalqhüququn müdafiəçisi kimi qələmə verən Fransa uzun illərdir ki,Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətləri pisləmir.Azərbaycanın hərbi əməliyyatları isə beynəlxalq hüquqla tam şəkildəəsaslandırılıb, çünki bu əməliyyatlar Azərbaycanın işğal olunmuşərazilərinin azad edilməsinə yönəlib. “La Gazette du Caucase” haqlıolaraq qeyd edir ki, Makronun bu faktları qəbul etməməsi onunikiüzlülüyünü və siyasi gündəliyinə uyğun gəlməyən realədalətsizliklərə göz yummasını üzə çıxarır.
Bundan savayı, Makronun Mayotta kimi Fransa ərazilərininişlərinə qarışmasının narahatedici mövzulardan qaçmasının daha birbariz nümunəsidir. BMT bu ərazilərin öz müqəddəratlarını həll etməkhüquqlarının olmalı olduğunu bildirsə də, Fransa hələ də yerlisakinlərə öz iradəsini yeritməyə davam edir. Azərbaycanı ittihamedən Makron fransız ərazilərində mövcud olan real problemlərdəndiqqəti yayındırmağa və öz hakimiyyətindəki iflaslara görəməsuliyyətdən yayınmağa çalışır.