RU

Gəncədə bıçaqlanma olub

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

"Operativ Media" xəbər verir ki, hadisə Yeni Gəncə yaşayış massivində qeydə alınıb.

Məlumata görə, 47 yaşlı Arzu Bəricaz bıçaqlanıb. Yaralı ağır vəziyyətdə yaxınlıqdakı, xəstəxanalardan birinə çatdırılıb.

O, ürək nahiyəsindən bir neçə bıçaq zərbəsi alıb. İlkin məlumata görə, adıçəkilən şəxs öz qohumu tərəfindən bıçaqlanıb.

Hadisə yerinə hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma başlanılıb.

Избранный
26
operativmedia.az

1Источники