Bakı. Trend:
Dünyanın ən böyük aviaşirkətlərindən olan “Lufthansa” bu il 10min nəfəri işə götürəcəyini elan edib.
Trend yerlimediaya istinadla xəbər verir ki, işə götürülməsi planlaşdırılan 10min nəfərin 800-ü pilot, 2 mini ekipaj üzvü, 1400-ü yerüstü xidmət,1300-ü isə texniki heyət işçiləri olacaq. Bundan başqa, ofisxidmətləri üçün də yeni əməkdaşların işə götürülməsi nəzərdətutulur. Şirkət işəgötürülmələrin yarıdan çoxunun Almaniyada həyatakeçiriləcəyini açıqlayıb.
Gəlirlərinə görə, Avropanın ən böyük aviaşirkəti olan“Lufthansa”nın hazırda 90 ölkədə 100 mindən çox işçisi var. Şirkətkoronavirus pandemiyası zamanı 30 mindən çox əməkdaşını ixtisaretmişdi. “Lufthansa” ötən il 13 min nəfəri işə götürüb. Həmin işyerləri üçün dünyanın müxtəlif ölkələrindən ümumilikdə 350 minmüraciət edilmişdi.