RU

ABŞ-da istehlak kreditləri azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da istehlak kreditləri 2024-cü ilin noyabrında artım proqnozlarının əksinə olaraq 7,5 milyard dollar azalıb.

Banco.az xəbər verir ki, ABŞ Federal Ehtiyat Sistemi (Fed) 2024-cü ilin noyabr ayına dair istehlak kreditləri ilə bağlı göstəriciləri açıqlayıb.

Buna görə, istehlak kreditləri noyabr ayında əvvəlki aya nisbətən 7,5 milyard dollar azalaraq 5,1 trilyon dollarlıq həcmə enib.

İstehlak kreditlərinə dair bazar proqnozları 10,3 milyard dollar artım olacağı istiqamətində idi. İstehlak kreditləri oktyabr ayında isə 17,3 milyard dollar artmışdı.

Bu dövrdə kredit kartları və digər dövriyyə edən kreditlər aylıq olaraq 13,8 milyard dollar azalarkən, ev, avtomobil və tələbə krediti kimi dövriyyə etməyən kreditlər 6,2 milyard dollar artıb.

Ən sərfəli kredit üçün müraciət et

Избранный
30
banco.az

1Источники