RU

Dünyanın "ən güclü" pasportları - Gürcüstan 44-cü, Azərbaycan 70-ci pillədə - SƏHƏR OXUSU

"Henley & Partners" tərəfindən, "Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası"nın ("IATA") rəsmi məlumatlarına əsaslanaraq mütəmadi olaraq yayımlanan və dünyanın ən güclü pasportlarının sıralandığı "Pasport İndeksi 2025" təqdim edilib

"Henley Pasport İndeksi" 19 ildən çoxdur ki, bütün dünya pasportlarını sıralayan əsas göstəricilərdən biri kimi tanınır. İlk dəfə Dr.Kristian H.Kaelin tərəfindən yaradılan bu indeks, "IATA" tərəfindən təqdim olunan rəsmi məlumatlara əsaslanır. 

Valyuta.Az xəbər verir ki, indeksdə ölkələr, vizasiz gedə bildikləri ölkələrin sayına görə sıralanıb. 

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), 2015-ci ildən bəri 72 istiqamətə viza tələb etmədən giriş əldə edərək son 10 ildə indeksdə ən çox irəliləyən ölkələrdən biri olub. Hazırda 185 istiqamətə viza tələb olunmadan giriş təmin edən BƏƏ, 10-cu yeri tutub. Sloveniya, Litva Latviya da BƏƏ ilə birlikdə 10-cu sırada qərarlaşıb.

ABŞ Estoniya 186 ölkəyə vizasız səyahət edə bilmə hüququna malik olaraq siyahıda 9-cu yerdə, Macarıstan Çexiya isə 187 ölkə ilə 8-ci yerdə qərarlaşıb.

Sıralamada Kanada, Malta Polşa 188 ölkə ilə 7-ci yerdədir. 

6-cı yerdə isə 189 ölkə ilə Avstraliya Yunanıstan qərarlaşıb. 

Belçika, Yeni Zelandiya, Portuqaliya, İsveçrə Birləşmiş Krallıq isə 190 ölkəyə viza tələbi olmadan gedə bilmə hüququna sahib olduğu üçün 5-ci yerdə,  

Avstriya, Danimarka, İrlandiya, Lüksemburq, Niderland, Norveç İsveçdən ibarət olan Avropa İttifaqına üzv yeddi ölkə 191 ölkə ilə 4-cü yerdə qərarlaşıb.

İspaniya, Cənubi Koreya, İtaliya, Almaniya, Fransa Finlandiya 192 ölkə ilə 3-cü yeri bölüşürlər.

Siyahının 2-ci pilləsində, 193 ölkəyə vizasız giriş imkanı ilə Yaponiya yer alıb. 

Sıralamanın ilk pilləsində isə 195 ölkəyə vizasız giriş imkanına sahib Sinqapur yer alır. 

Qeyd edək ki, Azərbaycan sıralamada 72 ölkəyə vizasız səyahət edə bilmə hüququna sahib ölkə kimi 70-ci pillədə qərarlaşıb.

Qonşu dövlətlərdən Rusiya Türkiyə 116 ölkə ilə 46-cı, Gürcüstan 122 ölkə ilə 44-cü, İran 44 ölkə ilə 96-cı, Ermənistan 68 ölkə ilə 74-cü yerdə qərarlaşıb.

Rəhim / Valyuta.Az / SƏHƏR OXUSU

Избранный
13
valyuta.az

1Источники