RU

Hansi Flik “Barselona”da ən çox nəyi bəyəndiyini açıqladı

İspaniyanın “Barselona” komandasının baş məşqçisi, alman mütəxəssis Hansi Flik “blauqrana”da ən çox nəyi bəyəndiyini açıqlayıb.

Arena.az Kataloniya klubunun rəsmi saytına istinadən, alman mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Məni ən çox heyran edən və ən çox bəyəndiyim xüsus oyunçular arasındakı əlaqədir, bizim düşərgəmizdə əla ab-hava, düzgün zehniyyət var. Oğlanlar futbol oynamağı sevirlər. Futbolçularla ünsiyyətim? Bəzən məşqçilər qərargahı bir nəfərlə ayrılıqda, bəzən də bütün komanda ilə danışır. Bunların hamısı bizim hansı məqsədi güddüyümüzdən asılıdır. Mən bəyənirəm ki, indi oyunçular utancaq deyillər və söhbətə özləri gələ bilirlər”, deyə Flik vurğulayıb.

Xatırladaq ki, Hansi Flik cari ilin iyul ayında “Barselona”nın sükanı arxasında ispan mütəxəssis Xavini əvəzləyib. Alman mütəxəssisin Kataloniya klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər nəzərdə tutulub. Flikin qarşısında bir məqsəd qoyulub – “Barselona”nı dirçəltmək və klubun iddiasını ortaya qoymaq.

Rəhbərliyi müddətində Flikin “Barselona”sı 27 oyuna 19 qələbə qazanıb, 2 heç-heçə edib və 6 oyunda məğlub olub. “Blauqrana”nın top fərqi isə 78:29 nisbətindədir.

Alman mütəxəssisin çalışdırdığı “blauqrana” 19 turdan sonra 38 xalla İspaniya La Liqasının yarış cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Çempionlar Liqasında isə “Barselona” 6 oyundan 15 xalla Liqa mərhələsinin yarış cədvəlinin 2-ci pilləsindədir.

Xatırladaq ki, 59 yaşlı Hans-Diter Flik məşqçilik karyerası ərzində “Viktoriya Bammental”, “Hoffenhaym”, “Bayern” və Almaniya yığmasını çalışdırıb.

Избранный
36
arena.az

1Источники