RU

Eks-başçının xalası oğlunun karxanasından 103 minlik oğurluq edən şəxsə hökm oxundu

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Xəyal Səfərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

 

Məhkəmənin hökmü o, 6 il müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, Xəyal Səfərov zərərçəkmiş Ziya Əkbərova (şərti) məxsus Siyəzən rayonu Yenikənd kəndi ərazisində yerləşən qum-çınqıl qırmadaş karxanasından ümumilikdə 102 708 manatlıq oğurluq edib. 

 

Zərərçəkmiş ifadəsində bildirib ki, Xəyalı xalası oğlu vasitəsi ilə tanıyıb. Xalası oğlu da əvvəllər Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. 

 

Kamal Məmmədov

 

Tarix: 9 Yanvar 2025, 10:02   
Избранный
23
1
pravda.az

2Источники