Cümə axşamı ticarətində neftin qiyməti cüzi azalıb...
Poliqon bu barədə xarici mətbuata istinadən xəbər verir.
Londonun ICE Futures birjasında Brent markalı neftin mart fyuçerslərinin dəyəri 76,11 dollar/barel təşkil edir ki, bu da əvvəlki ticarətin bağlanışına nisbətən 0,05 dollar (0,07%) azdır. Çərşənbə günü bu müqavilələr bir barel üçün 0,89 dollar (1,2%) ucuzlaşaraq 76,16 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI markalı neftin fevral fyuçerslərinin qiyməti 0,14 dollar (0,19%) azalaraq 1 barelə görə 73,18 dollar təşkil edib. Əvvəlki sessiyanın yekunlarına görə, bu kontraktların dəyəri 0,93 dollar (1,3%) azalaraq 73,32 dollar/barel olub.
Poliqon.info