NATO-nun baş katibi Mark Rutte bildirib ki, o, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampı avropalı tərəfdaşlara Amerika hərbi sənaye bazarına sadələşdirilmiş çıxış imkanı verməyə inandırmaq niyyətindədir...
Poliqon xəbər verir ki, bu barədə N-TV məlumat yayıb.
Rutte xatırladıb ki, ABŞ müttəfiqlərinin hərbi xərcləri yüz milyardlarla dollar təşkil edir, lakin ABŞ müdafiə sənayesi liberallaşdırılsa və daha açıq olsaydı və Konqres, Pentaqon və Ağ Evin təsdiqinə ehtiyac olmasaydı, bu, daha yüksək ola bilərdi.
Nümunə olaraq NATO-nun baş katibi Avropa ölkələrinin "Patriot" raketdən müdafiə sistemlərinə yüksək tələbat olduğunu qeyd edib.
"Hər biri iki milyarda başa gəlir. Bu, ABŞ və ABŞ iqtisadiyyatı üçün böyük məbləğdir", deyə Rutte vurğulayıb.
Poliqon.info