Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş leytenantı olan Mətləb Quliyev 9 yanvar 1959-cu ildə Beyləqan rayonunda anadan olub.
QHT.az xəbər verir ki, Cəmşid Naxçıvanski adına Hərbi Məktəbi bitirdikdən sonra Ukraynada hərbi xidmətdə olub. 1992-ci ildən DİN-də işləməyə başlayan Mətləb Quliyev tez-tez cəbhəyə gedərək torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak edib. O, 1992-ci ilin 31 avqust tarixində Ağdam istiqamətində erməni silahlı qüvvələri ilə baş tutan şiddətli döyüşdə qəhrəmancasına şəhid olub.
Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli Fərmanı ilə Quliyev Mətləb Kamran oğlu "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülüb.
Ruhu şad olsun!