Küveyt Dövlətinin Əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah İlham Əliyevə təyyarə qəzası ilə bağlı başsağlı məktubu ünvanlayıb.
"Operativ Media" xəbər verir ki, məktubda deyilir:
"Azərbaycan Hava Yolları" şirkətinə məxsus sərnişin təyyarəsinin Qazaxıstan Respublikası ərazisində qəzaya uğraması nəticəsində çoxlu sayda insanın həlak olması və yaralanması ilə bağlı xəbəri dərin kədər hissi ilə qarşıladıq. Zati-aliləri, bu ağır faciə ilə bağlı Sizə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, Uca Allahdan ölənlərə rəhmət, yaralananların tez zamanda sağalmalarını diləyirik. Zati-aliləri, Sizə olan böyük hörmət və ehtiramımı qəbul edin".