RU

Mikro sahibkarlara verilən kreditlərin həcmi 3 mlrd. manatı ötüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda kredit təşkilatlarının bizneslərə verdiyi kreditlərin həcmi bu il dekabr ayının 1-i tarixinə 14 milyard 746 milyon manat təşkil edib.  

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 1 ay əvvəllə müqayisədə 0,8% çoxdur. 

Hesabata görə, cəmi biznes kreditləri portfelinin 412,5 mln. manatı və ya 2,8%-i qeyri-işlək kreditlər olub.

Biznes portfelinin sahibkarlıq subyektləri üzrə bölgüsünə görə, kreditlərin 8 mlrd. 290 mln. manatı iri sahibkarlığa, 1 mlrd. 829 mln. manatı orta sahibkarlığa, 1 mlrd. 535 mln. manatı kiçik sahibkarlığa, 3 mlrd. 90 mln. manatı isə mikro sahibkarlığa verilib. 

Ən sərfəli kredit üçün müraciət et

Избранный
17
banco.az

1Источники