RU

Arne Slot “Tottenhem”ə məğlubiyyətə aydınlıq gətirdi

“Liverpul”un baş məşqçisi Arne Slot İngiltərə Liqa Kubokunun “Tottenhem”lə ilk yarımfinal oyununu (0:1) şərh edib.

Arena.az BBC-yə istinadən, niderlandlı mütəxəssisin bu barədə qənaətini təqdim edir:

“Nə olursa olsun, biz məğlubiyyətə nifrət edirik, amma bunda yenə də müsbət cəhət var: qarşıda cavab oyunu olanda uduzmaq həmişə yaxşıdır. Bu oyunda hər iki komanda fəal surətdə təzyiq göstərməyə çalışdı. Bugünkü oyunu Bazar günündəkinə nisbətən azacıq daha çox bəyəndim, baxmayaraq ki, bu, tamamilə fərqli idi.

Bu gün əlbəttə ki, müsbət nəticə əldə etmək üçün kifayət qədər yaxşı oynadıq. Biz məğlub olmağa layiq deyildik”, deyə Slot vurğulayıb.

Niderlandlı mütəxəssis hakimliyi də üstüörtülü tənqid etməkdən çəkinməyib:

“Hakimin verdiyi qərar bu axşamkı nəticəyə çox təsir etdi. Bu xüsusda deyəcək çox sözüm yoxdur”, deyə Arne Slot vurğulayıb.

Fevralın 6-da “Liverpul” “Tottenhem”i cavab oyunu çərçivəsində qəbul edəcək. Qalib, İngiltərə Liqa Kubokunun finalına yüksələcək.

Избранный
19
arena.az

1Источники