İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti İstehlakçı hüquqlarının müdafiəsi və İstehlak bazarına nəzarət şöbələri tərəfindən 2024-cü ilin yanvar - dekabr ayları ərzində tərtib olunmuş inzibati xəta haqqında protokollara dair məlumat yayıb.
Teleqraf.com xidmətə istinadən xəbər verir ki, inzibati xəta haqqında protokol tətbiq edilmiş şirkətlərdən biri də ölkədə fəaliyyət göstərən supermarketlər şəbəkəsi "Bravo"nun sahibi “Azərbaycan Supermarket” MMC-dir.
Ötən ilin mayında tərtib olunmuş protokola görə, şəbəkədə qida məhsulu üzərində göstərilənqiymətdən baha satılıb. .
Qeyd edilib ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndi, İnzibati Xətalar Məcəlləsinin 447.0.1 maddəsipozulub.