RU

Şəkidə maraqlı QƏZA:təyyarənin qalıqlarını çobanlar tapdılar

Azərbaycan SSR-də kifayət qədər çox sayda təyyarə qəzası baş verib. Lakin bundan insanlar çox az hallarda xəbər tutublar. Çünki sovet senzurası aviaqəza xəbərlərinin mətbuata yol açmasına imkan vermirdi. “Sovet vaxtı bu qədər qəza, təbii fəlakət olmurdu” düşüncəsi də məhz belə formalaşıb. 

Avtosfer.az xəbər verir ki, Azərbaycanda hətta Stalin dövründə də kobud qayda pozuntularına görə ağır fəsadlarla nəticələnən qəzalar baş verib. Bunlardan biri də, vətənimizin dilbər guşəsi olan Şəkidə ayazlı, şaxtalı bir qış  günündə baş verib. 26 yanvar 1938-də.

Üzərindən məxfilik qrifi götürülmüş sənədlərdə göstərilir ki, P-5 (Polikarpov) tipli təyyarə təlim uçuşu üçün 08.40-da Yevlax aerodromundan havaya qalxır.

Hava gəmisinin kapitanınım və ikinci pilotun məqsədi rabitəni yoxlamaq idi. Onlar Yevlax üzərində uçacaqlarını bildirərək paraşüt götürmürlər. Hava dumanlı və uçuşa yararsız idi. Yevlax üzərində dövrə vuran təyyarə yerdən görünmürdü. Bir müddət sonra təyyarə ilə əlaqə kəsildiyi üçün Yevlax aerodromunda hamı narahat olur. Söhbət 1938-ci ildən gedir. Ovaxtkı  ab-havanı isə bizcə, detallı təsvir etməyə ehtiyac yoxdur.

Pilotlardan gün ərzində xəbər çıxmır. NKVD isə aerodrom rəhbərini və növbətçini məşhər ayağına çəkir. Səhəri gün təyyarəni Şəki sakini olan çobanlar tapırlar – Kiçik Dəhnə kəndi ərazisində. Aeroportdan 35 km uzaqda.

Komissiyanın rəyinə görə, təyyarə güclü duman və şaxta şəraitində 750 metr yüksəklikdə dağa çırpılaraq dağılıb. Hər 2 pilot həlak olub.
Meteoroloji məlumata görə həmin gün Şəkidə temperatur sıfırdan aşağı olub, qar yağıb. Güclü dumana görə görüş məsafəsi cəmi 4 metr olub. Bu şəraitdə nəinki təyyarə idarə etmək, heç piyada getmək mümkün deyil. 

Komissiya 2 faktı da aşkara çıxarıb: məlum olub ki, aerodromun radiomayakı sonuncu dəfə 1 il əvvəl yoxlanılıb. Təlimata görə isə hər 10 gündə 1 dəfə yoxlanma aparılmalıdır. Aeroport rəisi heç kimə məruzə etmədən mayakı işlədib.

Ən böyük intizamsızlığı isə pilotlar ediblər. Onlar növbətiçiyə 40 dəqiqə sonra uçacaqlarını desələr də, şturval arxasına keçən kimi havaya qalxıblar. Bu intizamsızlığı isə həyatları ilə ödədilər. 

Görəsən onlar sağ qalsalar hansı cəzanı alacaqdılar?

Vüqar Yaşaroğlu

Избранный
19
avtosfer.az

1Источники