“Yuventus”un çex keçmiş yarmmüdafiəçisi Pavel Nedved Səudiyyə Ərəbistanının “Əl-Şabab” klubunun idman direktoru vəzifəsinə təyin edilib.
Arena.az bu barədə “Əl-Şabab”ın mətbuat xidmətinə istinadən məlumat verir.
Pavel Nedved futbolçu karyerasını başa vurduqdan sonra “Yuventus”da çalışıb. Turin klubunda fırıldaqçılıqla bağlı araşdırmalardan sonra Nedved 8 ay müddətinə futbol fəaliyyətindən uzaqlaşdırılmışdı. Cəza müddətini başa vurduqdan sonra 52 yaşlı mütəxəssis özünün futbol fəaliyyətini yenidən bərpa edib.
13 oyundan 23 xalla “Əl-Şabab” Səudiyyə Ərəbistanı Peşəkar Liqasının yarış cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
Xatırladaq ki, bir müddət öncə “Əl-Şəbab”ın baş məşqçi postuna da məşhur türk mütəxəssis Fatih Terim təyin edilmişdi.