Bakı. Trend:
İlin başlanğıcında Prezident İlham Əliyev jurnalistlərə verdiyimüsahibəsində bir çox məsələlərə toxunub, o cümlədən, Avropaİttifaqı ilə münasibətlər, Aİ-nin birmənalı şəkildə Ermənistanıdəstəkləməsi və onlara tərəf olmasından da bəhs edib. Bununəsasında Fransa və onun Prezidenti Emmanuel Makron dayanır. ÇünkiAİ-də siyasi məsələlərin böyük əksəriyyətini fransızlar əllərinəalıblar. Aİ-nin iqtisadi baxımdan gücü Almaniyadırsa, siyasicəhətdən Fransadır. Ona görə də Fransa Ermənistana himayədarlıqedərək, onun sülh şəraitində yaşamasının qarşısını alır. Artıq 4ildən çoxdur müharibə bitib, buna baxmayaraq, sülh müqaviləsiimzalanmayıb. Bunun əsas səbəbkarlarından biri həmin Aİ və onunaparıcı qüvvəsi olan Fransadır.
Bunu Trend-əaçıqlamasında politoloq Elşad Həsənov deyib.
Politoloq bildirib ki, Aİ-nin müşahidə missiyasının üzvlərininəksəriyyəti Fransa və Almaniyanın təhlükəsizlik orqanları və yajandarmeriyasının keçmiş əməkdaşlarıdır:
“Prezident İlham Əliyev Aİ-nin mülki müşahidəçilərinin yarımhərbi formada olmasını çox sərrast deyib. Orada mülki insanlar yoxdərəcəsindədir. Missiyanı getdikcə daha da genişləndirdilər, həttaKanadadan da nümayəndələr gəldi. Bunların məqsədi, məramı nədir?Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasınakömək etməkdirmi? Xeyr.
Əksinə, sülh müqaviləsinin imzalanmasının qarşısını almaqdır.Tez-tez provokasiyalar yaradırlar, sərhəddə binoklla Azərbaycanımüşahidə edirlər, orada kəşfiyyat işləri aparırlar. Biz dəfələrləbildirmişik, lakin faydası olmayıb. Rusiya siyasi rəhbərliyi,mətbuatı da dəfələrlə bildirib ki, həmin missiyanın üzvləri oradakəşfiyyat işi aparırlar, məlumatları təkcə Ermənistana yox, həm dəAvropa İttifaqına ötürürlər. Buna görə də etimad sarsıldı”.
Elşad Həsənov vurğulayıb ki, Ermənistan Avropa İttifaqı,xüsusilə Fransanın dəstəyi ilə son illərdə güclü şəkildəsilahlandırılır.
“Ötən ilin aprelində Ursula fon der Lyayen və Entoni BlinkenNikol Paşinyanla görüşdülər və Ermənistana 265 milyon dollarmaliyyə yardımı ayırdılar. Ermənistan da həmin maliyyə ilə guyamüdafiə xəttini gücləndirmək üçün hərbi akt yaratdı. Ermənistan sonillərdə hərbi büdcəsini 4 dəfədən çox artırıb. Bu, kiçik bir ölkəüçün böyük rəqəmdir. Bu, müdafiə adı ilə müharibəyə hazırlaşmaqkimi görünür. Avropa İttifaqı qonşu Gürcüstanda inqilab etməkistədi, lakin nail ola bilmədi. Onlar Ermənistanı silahlandırırlar,bu ölkənin rəhbərliyini artıq ələ alıblar. İstəyirlər ki,Gürcüstanda da onlara bənzəyən müxalifəti hakimiyyətə gətirsinlər.Sonra da Gürcüstan üzərindən Rusiyaya qarşı ikinci cəbhə açsınlar.Avropa İttifaqı öz maraqları naminə xalqı, dövləti qurban verməyəhazırdır. Bunu başa düşən Gürcüstan xalqı bu məsələyə yox dedi,"Gürcü Arzusu"na səs verdi. Bu gün də Aİ-nin dəstəyi iləmüxalifətçilər mitinqlərini davam etdirir və yenidən seçkikeçirilməsini istəyirlər”, - deyə politoloq deyib.
O, Azərbaycan nümayəndələrinin Avropa Parlamentindəfəaliyyətinin məhdudlaşdırılmasından da bəhs edib:
“Aİ Azərbaycana qarşı da daim müxtəlif qərarlar qəbul edib.Bunlar Azərbaycanın dövlət, milli maraqlarına zidd olanməsələlərdir. Biz onların tövsiyələrinə riayət etsəydik, Azərbaycanadlı dövlət olmazdı. Onların istəyi bu idi ki, Azərbaycan daonların dediyi ilə hərəkət etsin, ölkədə milli mentalitetzəifləsin, onların istədiyi kimi, Avropayönümlü insanlar yetişsin,LGBT təbliğ olunsun. Ölkədə maliyyələşdirdikləri müəyən adamlar varki, bütün bunları təbliğ edirlər. Təbii ki, Azərbaycan rəhbərliyidə buna qətiyyən yol vermədi. Ona görə də bizim AvropaParlamentindəki nümayəndələrimizin fəaliyyəti səsvermə hüququndanməhrum edildilər.Təbii ki, onlar bunu etməzdən əvvəl bizimnümayəndələrimiz öz səlahiyyətlərini belə bir yerdə, yənianti-Azərbaycan, antitürk ritorikasına köklənən parlamentdə qalmaqistəmədilər”.
Elşad Həsənov xatırladıb ki, Azərbaycan 8 Avropa ölkəsi iləstrateji əməkdaşlıq müqaviləsi imzalayıb, onlara qaz, yanacaq ixracedir, qitə üçün önəmli tərəfdaşdır.
“Ancaq biz Avropanın Azərbaycana qarşı olan çirkin siyasətiniqəbul etmirik. Ona görə də biz haqlı olaraq Makron siyasətini,Avropa İttifaqında aparılan anti-Azərbaycan siyasətini ifşa edirikvə onların qarşısından qaçmırıq. 10 milyon nəfər əhalisi olanAzərbaycanın böyük Almaniya, Fransa, Aİ-nin digər ölkələrindənçəkinəcək yeri yoxdur. Çünki biz beynəlxalq qanunlar, BMT-ninnizamnaməsinə uyğun hərəkət edirik, əsas da xalqın və dövlətinmilli maraqlarından çıxış edirik.
Ermənistan rəhbərliyi Prezident İlham Əliyevin müsahibəsindəirəli sürdüyü müddəaları yerinə yetirməli və Azərbaycan, Türkiyəilə xoş qonşuluq münasibətində yaşamalıdır. Belə olan haldaErmənistan da inkişaf edəcək, sülh müqaviləsi də bağlanacaq, digərqüvvələr Cənubi Qafqaza burnunu soxa bilməyəcəklər”.