ABŞ-nin yeni seçilmiş prezidenti Qrelandiya və Panama kanalı ilə yanaşı, Kanada dövlətini tamamilə ilhaq etmək niyyətini də gizlətmir...
Turan Rzayev: “Onsuz da NATO parçalanmağa doğru gedir. Fatiki olaraq bu gün Rusiya-Ukrayna müharibəsi səbəbi ilə NATO daxilində ciddi fikir ayrılıqları var”.
“Aydın məsələdir ki, Trampın son Qrilendiya, Panama və Kanada açıqlamaları da bu fikir ayrılıqlarının artıra bilər. Çünki Kanada özü də NATO ölkəsidir”.
Bu sözlərinə politoloq Turan Rzayev Donald Trampın Qrenlandiya, Panama və Kanada haqqındakı son açıqlamalarını Poliqon-a şərh edərkən qeyd edib.
Donald Tramp Qrenlandiya və Panama kanalını hərbi güc tətbiqi vasitəsi ilə ABŞ-yə qatmasını istisna etməməsi beynəlxalq aləmdə bir çox suallar doğurub. Eyni zamanda Tramp Kanada dövlətini tamamilə ilhaq etmək niyyətini də gizlətmir.
Bəs, Trampın bu tip açıqlamaları əslində dünyada xaos yaratmırmı və Tramp bu yöndə real addımlar atarsa, Qərb koalisiyasının və NATO-nun parçalanmasına ehtimal vermək olar? Ümumiyyətlə, Trampın bu cür açıqlamaları nəyə hesablanıb və beynəlxalq siyasətdə hansı nəticələr doğura bilər?
Mövzunu Poliqon-un əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.
Turan Rzayev: “Əgər Trampın fikirləri gündəmdədirsə, bu Böyük Britaniya və ABŞ arasında gərginliyə səbəb ola bilər. Çünki burada Kanadanın bir söz haqqı yoxdur”.
Panama məsələsinin fərqli olduğunu qeyd edən politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, Trampın bu bəyanatları Çinlə bağlıdır. Çünki Çinin dünya ticarətinin böyük hissəi bu ərazilərdən keçir və artıq Çinin iqtisadi gücü Avropanı narahat edir:
“Donald Trampın son açıqlamaları dünya ictimaiyyətində ciddi reaksiya yaradıb. Onsuz da NATO parçalanmağa doğru gedir. Trampın bu açıqlamalarıisə bu parçalanmanı istiqamətləndiri və daha da sürətləndirir. Fatiki olaraq bu gün Rusiya-Ukrayna müharibəsi səbəbi ilə NATO daxilində ciddi fikir ayrılıqları var. Yəni müharibənin davam etməsini istəyənlər və müharibənin gərəksiz olduğunu düşünənlər deyə iki qrup formalaşıb. Bu fikir ayrılıqları get-gedə dərinləşir.
Bundan başqa Fransanın Vahid Avropa Evi və Vahid Avropa Ordusu kimi layihələri də var. Bu da NATO-ya alternativlər. Bundan başqa NATO ölkəsi Türkiyənin NATO-dan fərqli xarici siyasətinin olması da başqa faktordur. Bütün bunlara görə NATO-da fikir ayrılıqlarının olması və parçalanmağa doğru getdiyini aydındır. Aydın məsələdir ki, Trampın son Qrilendiya, Panama və Kanada açıqlamaları da bu fikir ayrılıqlarının artıra bilər. Çünki Kanada özü də NATO ölkəsidir. Maraqlıdır ki, ABŞ-ın Qrilendiyada qüvvələri var və oranı ələ keçirmək istəsə, bunu çox rahat şəkildə edə bilər.
Əslində ABŞ-ın bu məsələdə iki böyük planı var. Birincisi, qlobal istiləşmə fonunda Şimal Buzlu Okeanda ciddi surətdə buzların əriməsi prosesi gedir. Bu eyni zamanda həmin ərazinin karbon ehtiyatlarının üzə çıxması deməkdir. Yəni ABŞ bu ərazilərdə yeni neft və qaz yataqları kəşf etməyi planlaşdırır. ABŞ-ın Şimal Buzlu Okeanına çıxışı çox azdır. ABŞ Qrilendiya və Kanadanı Şimali Buzlu Okeana çıxış etmək üçün istəyir.
Turan Rzayev: “Bu məsələnin yaxın vaxtlarda Böyük Britaniya və ABŞ arasında danışanlara səbəb olacağını demək olar”.
Panama məsələsi isə fərqlidir. Bu Çinlə bağlıdır. Çünki Çinin dünya ticarətinin böyük regitimi bu ərazidən keçir. Artıq Çinin iqtisadi gücü Avropanı narahat edir. Panamaya nəzarət edərək ABŞ Çinin iqtisadi gücünü qırmaq istəyir. Kanada ABŞ sərhədi 1814-cü il Kent müqaviləsi ilə təyin edilib. İndi bu sərhəddin pozulub-pozulmayacağı məsələsi gündəmdədir.
İkinci məsələ də, bu əslində Kanada və ABŞ arasında olan məsələ kimi görünsə də, tam olaraq elə deyil. Kanada faktiki olaraq bir dominiaondur və bu ərazini idarə edən qubernator var. Yəni Kanada Böyük Britaniya kral ailəsinə məxsus bir mülkdür və Kanadan konstitusiyasında qeyd olunur ki, Kanada Böyük Britaniya kraliçasının Britaniya xalqına hədiyyəsidir.
Əgər Trampın fikirləri gündəmdədirsə, bu Böyük Britaniya və ABŞ arasında gərginliyə səbəb ola bilər. Çünki burada Kanadanın bir söz haqqı yoxdur. Yəni tam suveren ölkə deyil. Bu məsələnin yaxın vaxtlarda Böyük Britaniya və ABŞ arasında danışanlara səbəb olacağını demək olar”.
Nərminə UMUDLU
Poliqon.info