Bu sözləri Demokrat.az-a açıqlamasında əmlak eksperti Elnur Fərzəliyev deyib.
"Torpağı yumşaq, sürüşməyə meyilli ərazilərdə tikinti qadağan edilməlidir. Təəssüf ki, Bakıda sürüşmə zonalarında yetəri qədər əmlak var. Onlar xüsusilə fərdi yaşayış evləridir. Zamanla tikililərdə deformasiyalar, çatlar əmələ gəlir. Abşeron ərazisinin böyük hissəsi bataqlıq və qamışlıq ərazilər idi. Zamanla üzəri torpaqla örtüldü və tikinti işləri aparıldı. Torpağın bərkidilməsi normativ qaydalara uyğun aparılmadığı üçün evlərdə, tikililərdə çökmə, təmirin sıradan çıxması müşahidə olunur".
O bildirib ki, hansısa ərazidə böyük tikinti işləri aparılan zaman torpağın bərkliyi, yumşaqlığı müəyyən olunmalıdır:
"Daha sonra ona uyğun beton və bünövrə atılmalıdır. El arasında "makler evləri" deyilən evlər qısa müddət ərzində tikilir. Tikintilərin çoxu bir zamanlar bataqlıq olan ərazilərdə aparılıb. Onların da dözümlülük dərəcəsi çox zəifdir. Ciddi sürüşmə olarsa, həmin evlərə ciddi ziyan dəyəcək".
Əfsanə Kamal
Demokrat.az