Bu sözləri Demokrat.az-a açıqlamasında Qərbi Azərbaycan İcmasının sözçüsü Ülviyyə Zülfiqar deyib:
"Qərbi azərbaycanlılar öz torpaqlarından zorla çıxarılıblar. Onlara bəzi hallarda cəmi bir neçə saat vaxt verilib ki, öz yerlərini tərk etsinlər. Bu barədə kifayət qədər videomaterial və fotomaterial var. Onlara heç bir kompensasiya ödənilməyib. Çox acınacaqlı şəkildə, qış soyuğunda ayaqyalın halda yerlərini tərk ediblər. Bu, könüllü tərketmə ola bilməz. Əlimizdə kifayət qədər faktlar və şahid ifadələri var. Onlar avtobusla, vaqonlarla insan hüquqlarına zidd şəkildə Azərbaycana göndəriliblər. Əlimizdə olan bütün faktlar Ermənistan xarici işlər nazirinin iddialarının əksini sübut edir".
Əfsanə Kamal
Demokrat.az