RU

Kəmalə Aşumova: "Kompleks yanaşma ilə uşaqların təhsilə əlçatanlığı artırılmalıdır"

"Ümidli Gələcək" Gənclər İctimai Birliyinin sədri və Yuvenal Ədliyyə Mərkəzinin koordinatoru Kəmalə Aşumova, QHT.az-a verdiyi özəl açıqlamada uşaqların təhsilə əlçatanlığının artırılması üçün atılması gərəkən addımları vurğulayıb. O, xüsusilə erkən müdaxilə və məktəbəqədər təhsil müəssisələrinin yaradılmasının vacibliyini qeyd edib.

QHT sədri məktəbəqədər təhsil müəssisələrinin olmamasının bir çox regionlarda uşaqların təhsilə başlanğıcını çətinləşdirdiyini bildirib:

"Uşaqların inkişafında erkən yaş dövrünün təməlinin düzgün qoyulması çox önəmlidir. Bağçalar və məktəbəqədər təhsil müəssisələrinin yaradılması, uşaqların ilkin tədris anlayışını almasına imkan verər. Eyni zamanda, maliyyə çətinlikləri və nəqliyyat problemləri səbəbindən xüsusilə ucqar rayonlarda uşaqların təhsil imkanları məhduddur. Elektron təhsil platformaları və onlayn tədris də bu problemləri aradan qaldıra bilər. İnklüziv təhsil və həssas qrupların təhsilə daxil olması məsələsi də çox vacibdir. İnklüzivlik, hər bir uşağın cəmiyyətə inteqrasiyasını təmin edən və inkişafına şərait yaradan bir anlayışdır. Zorakılıq və digər sosial problemlərdən əziyyət çəkən ailələrin uşaqlarının təhsilinə gəlincə qeyd edim ki, bizim məqsədimiz heç bir uşağın təhsildən kənarda qalmasına yol verməməkdir.

Kəmalə Aşumova, kompleks yanaşmanın bu məsələdə ən effektiv həll yolu olduğunu vurğulayıb.

 

Pərvanə Fərhadqızı

Избранный
10
qht.az

1Источники