RU

Litva prezidenti Rusiyanı tarixi yenidən yazmağa çalışmaqda ittiham edib

Litva prezidenti Gitanas Nauseda Rusiyanı tarixi yenidən yazmaqda ittiham edib.

Oxu24.com xəbər verir  ki,bu barədə o, X sosial şəbəkəsindəki şəxsi səhifəsində yazıb.

O, Kalininqrad vilayətinin hakimiyyətinin XVIII əsr litva şairi Kristijonas Donelaitisin muzeyinin adının “Ədəbiyyat muzeyi” olaraq dəyişdirilməsi qərarını belə şərh edib. Muzey Litva ilə sərhəddən 15 kilometr aralıda yerləşən Çistye Prudı kəndində yerləşir.

"Sonra nə? Kitab yandırılır? Rusiyanın Litva ədəbiyyatının klassiki Kristijonas Donelaitisə həsr olunmuş muzeyin adını dəyişmək qərarı tarixi yenidən yazmaq üçün növbəti qəbuledilməz cəhddir”, – siyasətçi yazıb.

Bundan əvvəl Gitanas Nauseda Litvanın Baltik dənizində şübhəli gəmilərə nəzarət edəcəyini bildirmişdi. Prezident əlavə edib ki, kritik obyektlərə yaxınlaşsalar, onları müşayiət edəcəklər.

 

Nigar

 

Избранный
20
oxu24.com

1Источники