Ukrayna Prezidenti Volodimir Zelenski Almaniyanın Ramşteyn aviabazasında qrupun 25-ci iclası çərçivəsində ABŞ-nin müdafiə naziri (Pentaqon rəhbəri) Lloyld Ostin ilə görüşüb. Manset.az xəbər verir ki, Zelenski bu barədə "X"də yazıb. "Lloyd Ostin ilə görüşərək Ukraynaya dəstək məsələsini müzakirə etdim", - Zelenski bildirib. Ukrayna lideri bildirib ki, tərəflər döyüş meydanındakı vəziyyəti, həmçinin ölkəsinin pilotsuz uçuş aparatlarına olan ehtiyacını müzakirə ediblər: "Biz həmçinin Ukraynanın havadan müdafiəsinin gücləndirilməsi və digər ölkələrdən əlavə hava hücumundan müdafiə sistemlərinin alınması perspektivləri barədə fikir mübadiləsi apardıq".