Suriyalı müxalif jurnalist Nizar Nayufun dərc etdiyi sənədlərə əsasən, Suriyanın keçmiş prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Əsəd evliliyindən əvvəl də Britaniya kəşfiyyatında işləmiş ola bilər.
Editor.az bildirir ki, bu barədə “Sky News Arabia” xəbər verir. Sənədlərdə iddia olunur ki, Əsma Əsəd 1990-cı illərdə onu bu vəzifəni təmin edən britaniyalı kəşfiyyatçı Eliza Bovler sayəsində Londonda Amerikanın JP Morgan bankında işə düzəlib. Qeyd olunur ki, Suriya hakimiyyəti xanım Əsədin bu cür təmaslarından xəbərdar ola bilərdi. Bu səbəbdən “Sky News Arabia” yazır ki, o zamankı dövlət başçısı Hafiz Əsəd oğlunun Əsma ilə evlənməsinin əleyhinə idi. Lakin telekanal vurğulayır ki, bu sənədlərin həqiqiliyini hələlik təsdiqləmək mümkün deyil.
Dekabrın sonunda “The Times” qəzeti Əsma Əsədin Böyük Britaniya pasportunun müddəti bitdiyi üçün Böyük Britaniyaya qayıda bilməyəcəyini yazmışdı. Qəzetin Britaniya Xarici İşlər Nazirliyindəki mənbələri nəşrə təsdiqləyiblər ki, xanım Əsədin etibarlı Böyük Britaniya pasportu yoxdur.
//Samir Qurbanov, Editor.az