Bakı. Trend:
BMT 2025-ci il üçün Azərbaycanın iqtisadi artımını 3%səviyyəsində proqnozlaşdırır.
Trend xəbər verirki, bu rəqəm təşkilatın “Dünya İqtisadi Vəziyyəti və Perspektivlər2025” hesabatında əks olunub.
Hesabatda bildirilir ki, Azərbaycanın iqtisadiyyatı müsbətdinamika nümayiş etdirir. 2024-cü ildə ölkədə iqtisadi artım daxilitələbatın genişlənməsi və qeyri-neft sektorunun inkişafı hesabınasürətlənib. Bundan əlavə, Azərbaycanın təbii qazına olan qlobaltələbatın 2025-ci ildə də iqtisadi artıma dəstək verəcəyigözlənilir.
BMT həmçinin 2026-cı ildə Azərbaycanın ÜDM-nin yenidən 3%artacağını proqnozlaşdırır.
Hesabatda qeyd olunur ki, Azərbaycanın ÜDM-i 2023-cü ildə 1,1%artımdan sonra 2024-cü ilin sonuna kimi 4,6%-ə çatacaq. Bununlayanaşı, Azərbaycanın İqtisadiyyat Nazirliyi 2025-ci ildə ÜDMartımını 3,5%, 2026-cı ildə isə 2,8% səviyyəsindəproqnozlaşdırır.