Braziliyada yüngül mühərrəkli təyyarə qəzaya uğrayıb.
Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə
San-Paulu əyalətinin Ubatuba şəhərindəki Kruzeyro çimərliyində baş verib.
Qəza nəticəsində pilot ölüb, təyyarədə olan 4 sərnişin və çimərlikdəki 1 qadın yaralanıb.
Yaralılar xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətinin yaxşı olduğu bildirilib.