RU

Ərdəbil mollasının cavabını kim verəcək?

Mən Güney Azərbaycan məsələsində 2001-ci ildən varam. Nələr etmişik bunu tarix göstərəcək, amma bir həqiqəti gördüm. Güney Azərbaycanın İranın molla rejimindən xilas edilməsi orda yaşayan azərbaycanlılarla mümkün deyil. Orda öndə olan bütün şəxslərin hər birinin tərcümeyi halını əzbər bilirəm. Prosesləri də bilirəm.

Son illərdə də lap əmin oldum ki, Güneydə 35 milyon Azərbaycanlı sadəcə rəqəmlərdən ibarətdir. Axtarsan orda 35 azərbaycanlı belə tapmaq çətin olar. Niyəsinə də cavab verirəm. Amma bir haşiyə çıxım

Hər zaman Rusiyada yaşayan azərbaycanlılar deyiləndə "göy satanlar" deyib lağ edənlər görsünlər ki, orda Azərbaycan və onun dövlət rəmzləri haqqında artıq söz deyən olanda gedirlər, tapırlar, ağzın burunun dağıdıb üzr istədirlər. Nəticədə digərləri nə də bu dərs olur. Amma İranda biz bunu görmədik neçə illər ərzində.

Azərbaycan Respublikasının Ana Yasası- Konstitusiyası ilə Prezident vəzifəsi dövlət rəmzi sayılır, eyni zamanda bayraq, gerbi, himn kimi.

Əsli kökü islamı qəbul etmiş Livan ermənisi, İranın dini lideri Əli Xameneinin Ərdəbil vilayəti üzrə rəsmi nümayəndəsi Seyid Həsən Cəbəl Amulinin dəfələrlə ölkəmizin başçısına qarşı artıq əksik sözləri, xüsusilə son sözləri Azərbaycan Respublikasının Prezidentini yox, Konstitusiyamızı, dövlət rəmzinin hədəfə alınmasını göstərir..Dövlət siyasi sistemini təhqir etməsini isbat edir.

Bizim ölkə başçısına maaşla bağlı, sosial problemlərlə bağlı etirazımız daxili işimizdir, amma onun hədəfə alınıb Amuli kimi erməni tərəfindən o sözlərin deyilməsinə görə nəinki İranı od vurub yandırarıq, gedib lap onun bütün mollalarının ağzını cırarıq..Biz Bakıda ola ola əlimiz ora çatmır, amma ora getmək imkanları olsa nələr edərik orda bir Allaha bəllidir. Burda da onların itlərinə qarşı mübarizə aparırıq, Amma 35 milyon özünə deyən Azərbaycanlının orda susuması bir daha göstərir ki, orda Azərbaycanlı adında heç kim yoxdur!

Azərbaycan Respublikasının Prezidentinə o sözlər deyilir və İranda özünə Azərbaycanlıyam deyənlər susurlar, etiraz etmirlər, gedib orda onun ağzını cırmırlarsa hansı Azərbaycanlıdan, hansı 35 milyondan söhbət gedə bilər?

Biz Şimali Azərbaycanda 10 milyon bütöv Azərbaycana belə yetərik. Təbrizə də, Ərdəblidə də, Xoyda da gedib yaşayıb oranı Azərbaycanlı edərik, 35 milyon özünə deyən Azərbaycanlısız da edərik.

Gedib stadionda “Azərbaycan bir olsun” deməklə söz oyunu əvəzinə gedib Amulinin ağzının payını vermək lazım idi. Yoxsa saz, sözlə iş olmur. Bunu də Azərbaycan 44 günlük və sonra 23 saatlıq müharibədə sübut elədi.

Növbə sizindir… Prezidentə deyilən sözlərə görə ya onun cavabını verib Azərbaycanlı olduğunuzu sübut edin, ya da çəkilib kənarda durun, biz işimizi görək.

Zaur Əliyev, tarixçi alim

Избранный
11
news365.az

1Источники