RU

Şahbaz Şərif Azərbaycana və Özbəkistana səfər edəcək

Pakistanın baş nazir Şehbaz Şərif fevralın üçüncü həftəsində Azərbaycan və Özbəkistana səfər edəcək.

“İki sahil”in “The News International”a istinadən verdiyi məlumatına görə, onu baş nazirin müavini, xarici işlər naziri senator Məhəmməd İshaq Dar və bəzi mühüm federal nazirlər, eləcə də işgüzar dairələrdən ibarət nümayəndə heyəti də müşayiət edəcək. Baş nazir yeddi aydan az müddətdə üçüncü dəfə Azərbaycanın paytaxtı Bakıda olacaqdı.

 “The News” mötəbər mənbələrinə istinadən bildirib ki, fevral səfəri ikitərəfli olacaq və ötən il Pakistana da səfər etmiş Azərbaycan prezidenti İlham Əliyevin dəvəti ilə reallaşacaq. Mənbələr səfər çərçivəsində iki ölkə arasında iqtisadi əməkdaşlığa xidmət edən bir sıra sazişlər bağlayacağını qeyd ediblər.

Məlumata görə, ölkəsinə qayıtmazdan əvvəl Özbəkistana iki günlük səfər edəcək baş nazir rəsmi Daşkəndə tranzit ticarəti üçün Kəraçi limanından istifadə etməyi təklif edəcək, həmçinin mühüm ticarət sazişləri imzalayacaq.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Избранный
16
2
ikisahil.az

5Источники