RU

"Ailə münasibətləri ilə bağlı qərar vətəndaş yönümlüdür və yalnız alqışlanmalıdır" – Nadir Adilov

Ali Məhkəmə Plenumunun 2024-cü il 20 dekabr tarixli qərarına əsasən, ailə münasibətləri ilə bağlı bir sıra qərarlara mühüm dəyişikliklər edilib. Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov açıqlamasında bu dəyişiklikləri inqilabi və vətəndaş yönümlü adlandırıb.

QHT.az xəbər verir ki, N.Adilov bildirib ki, bu qərar vətəndaş məmnunluğunu artırmaqla yanaşı, keyfiyyətsiz hüquq xidmətlərinin qarşısını almağa və ailə münasibətləri ilə bağlı məhkəmə yükünü azaltmağa yönəlib. Eyni zamanda, uşaqların hüquq və mənafelərinin qorunmasına xüsusi diqqət yetirilib.

O, Ali Məhkəmə rəhbərliyinə və layihənin müəllifi Sənan Hacıyevə təşəkkür edib, bu qərarın hüquq islahatları tarixində mühüm rol oynayacağını vurğulayıb. Mediasiya Şurası qərarı dəstəklədiyini və bu istiqamətdə elmi araşdırmaların aparılacağını qeyd edib: "Ailə münasibətləri ilə bağlı qərar vətəndaş yönümlüdür və yalnız alqışlanmalıdır".

 

Pərvanə Fərhadqızı

Избранный
19
qht.az

1Источники