Abşeron rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, rayonun Masazır qəsəbə sakini Quliyev Ceyhun Zəkəriyə oğlu yaşadığı Şıxəli Qurbanov küçəsindəki fərdi yaşayış evində dəm qazından boğulub.
Onun meyiti səhər saat 06:35-də aşkar edilib.
Faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırma aparılır.
"Cebheinfo.az"