ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə görüşünün hazırlıq mərhələsində olduğunu bildirib.
Yenisabah.az xəbər verir ki, özünə məxsus Mar-a-Laqo mülkündə respublikaçı qubernatorlarla görüşdən əvvəl o deyib:
"“Prezident Putin görüşmək istəyir, hətta bunu açıq şəkildə deyib”.
O, həmçinin Ukrayna münaqişəsinə son qoymaq istəyini bir daha bəyan edib.
Bundan əvvəl Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi münaqişənin “yaxın gələcəkdə” başa çatacağı ilə bağlı fikirlərini bildirmişdi.
Telegram kanalımız