RU

Mərkəzi Bankın valyuta ehtiyatları niyə azalıb?

Yazını böyüt
Yazını kiçilt

"Müxtəlif dövlət layihələri, müdafiə və digər öhdəliklərlə bağlı görülən işlər, yəni dövlət xərclərinin icrasına yönələn vəsaitlər nəticəsində valyuta ehtiyatlarının azalmasına gətirib çıxarıb".

Bu fikirləri Hafta.az-a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib. Onun sözlərinə görə, bu hal davamlı xarakter daşımadığından qarşıdakı dönəmdə hansısa ciddi təhdidlər gözlənilmir:

“Bunun davamlı xarakter daşımadığını nəzərə alsaq, qarşıdakı dönəmdə hər hansı ciddi təhdidlərin olacağını düşünmürəm. Manatın məzənnəsinə gəlincə, artıq bir neçə ildir ki, hökumət ölkədə maktoiqtisadi tarazlığı qoruyub saxlamaq üçün manatın məzənnə stabilliyinə üstünlük verib. Böyük ehtimal ki, 2025-ci ildə də bu siyasət davam etdiriləcək”.

Xatırladaq ki, bu il yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 10 milyard 959,5 milyon ABŞ dolları təşkil edib. Bu göstərici ötən il dekabrın 1-i ilə müqayisədə 0,1 faiz azdır. AMB-nin valyuta ehtiyatları son 1 ildə isə 5,6 faiz azalıb.

Избранный
5
hafta.az

1Источники