RU

Avtobusla sərnişindaşımada nağdsız ödəniş hallarının sayı 17 % artıb - Anar Rzayev

2024-cü ildə Bakıda daşınmış 476 milyon sərnişinin 77,5 %-i ödənişi nağdsız qaydada həyata keçirib.

Avtosfer.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev 2024-cü ildə nəqliyyat sahəsində həyata keçirilmiş işlərlə bağlı brifinqdə bildirib.

Onun sözlərinə görə, 2023-cü illə müqayisədə sərnişinlərin sayı təxminən 6 %, nağdsız ödəniş edən sərnişlərin sayı isə təxminən 17 % artıb.

"Əgər 2022-ci ildə paytaxtda nağdsız ödəniş sisteminə qoşulmuş avtobusların sayı təxminən 1 000 ədəd olubsa, 2023-cü ildə 1 400 ədədə, 2024-cü ildə isə 2 000 ədədə çatdırılıb", - deyə AYNA sədri qeyd edib.

Избранный
25
3
avtosfer.az

4Источники