RU

Bakıda velosiped yollarının 100 km-ə çatdırılması nəzərdə tutulur

Bakı.Trend:

Mikromobillik sahəsində qanunvericilik təkmilləşdirilmiş, kiçikelektrik nəqliyyat vasitəsi, kiçik elektrik nəqliyyat vasitəsininoperatoru anlayışları qanunvericiliyə daxil edilmiş, bu sahədənəzarət tədbirləri təkmilləşdirilib. 31 küçə və prospekt üzrə 35 kmvelosiped yolları yaradılmış və mərhələlərlə təxminən 100 km-əçatdırılması nəzərdə tutulur.

Trend xəbər verir ki, busözləri bu gün nəqliyyat sahəsində 2024-cü ildə həyata keçiriləntədbirlər və 2025-ci il üçün planlar mövzusunda keçirilən mətbuatkonfransında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarəheyətinin sədri Anar Rzayev deyib.

O qeyd edib ki, 300 parklanma məntəqəsi müəyyənləşdirilmiş,100-dən artıq məntəqədə müvafiq nişanlanma işləri aparılıb.

“İşıqforlarda 25 ədəd velosiped bölməsi quraşdırılıb.

Bakı şəhərində operatorlar tərəfindən icarəyə verilənmikromobillik vasitələrinin sayı təxminən 4760 ədəd təşkil edir.Bunların 77%-ni kiçik elektrik nəqliyyat vasitəsi (skuter), 18%-nivelosiped, 5%-ni elektrik velosipedi təşkil edir.

Sentyabr-dekabr ayları üzrə mikromobillik operatorlarıtərəfindən 850,944 sifariş qəbul edilmiş və 2,244,302 km məsafə qətedilib.

2024-cü ilin avqust ayının 24-də velosipedlərin icarəsi üzrə"Apar" xidməti və mobil tətbiqi istifadəyə verilib. Bu xidmətçərçivəsində indiyədək təxminən 215,800 km məsafə qət edilmişdir.Velosipedlər üçün 70 parklanma məntəqəsi təşkil edilib."Apar"xidməti üzrə istifadəçi sayı 46000 nəfər təşkil edir”,- deyə sədrqeyd edib.

Məqalədə:
Избранный
24
1
az.trend.az

2Источники