RU

Şahbaz Şərif Bakıya gələcək

Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif fevralda Azərbaycana səfər edəcək.

“Qafqazinfo” xəbər verir ki, Pakistanın “The News International” nəşri məlumat yayıb.

Bildirilib ki, Baş nazirin müavini, xarici işlər naziri senator Məhəmməd İshaq Dar və bəzi mühüm nazirlər, işgüzar dairələrdən ibarət nümayəndə heyəti də onu müşayiət edəcək. Pakistan iki ölkə arasında iqtisadi əməkdaşlığa xidmət edən bir sıra sazişlər bağlayacaq.

Ş.Şahbaz yeddi aydan az müddətdə, üçüncü dəfə Bakıda olacaq.

Baş nazir Pakistana qayıtmazdan əvvəl iki gün Özbəkistanda da olacaq. O, Özbəkistana tranzit ticarəti üçün Kəraçi limanından istifadə etməyi təklif edəcək və həmçinin mühüm ticarət sazişləri imzalayacaq.

Избранный
10
2
qafqazinfo.az

5Источники