RU

Şimal-Cənub dəhlizi ilə Azərbaycan ərazisindən tranzit yükdaşımaların həcmi artıb - ADY

Bakı. Trend:

Şimali Avropa, həmçinin Rusiya ilə Hind okeanını birləşdirməküzrə böyük strateji əhəmiyyətə və tranzit potensialına malikŞimal-Cənub dəhlizinin inkişafı üçün Azərbaycan qonşu ölkələr vəbeynəlxalq maliyyə institutları ilə əməkdaşlığını 2024-cü ildəəhəmiyyətli dərəcədə genişləndirib.

Trend bu barədə səhmdar cəmiyyətə istinadənxəbər verir.

Dekabr ayında Azərbaycan və Rusiya arasında Şimal-Cənub dəhliziilə tranzit yük daşımaları, o cümlədən dəmiryol daşımalarınıninkişafı üçün əməkdaşlığı nəzərdə tutan Saziş imzalanıb. Sazişinməqsədi dəmiryol infrastrukturunun və tranzit daşımalarınıninkişafı üzrə əməkdaşlığın şərtlərini müəyyən etmək və Şimal-Cənubdəhlizinin Qərb marşrutunun potensialını artırmaqdır. Bu Saziş üzrəəməkdaşlıq sayəsində dəmiryol nəqliyyatına yeni yüklərin cəlbistimullaşdırılacaq və daşıma həcmlərinin artım və dəmiryolnəqliyyatı infrastrukturunun inkişaf tempi balanslaşdırılacaq.

Paralel olaraq dekabr ayında ADY rəhbərliyi İrana səfər edərəkbu ölkənin dəmiryol rəsmiləri ilə görüşüb və İranın Astaraşəhərində yerləşən terminalın inkişafı ilə bağlı əsas mərhələlərivə icra müddətlərini, terminalda həyata keçirilən işlərin 2025-ciilin sonunadək başa çatdırılmasını, yeni əməkdaşlıq sahələri vəmaliyyələşdirmə planlarını müzakirə edib. Görüşdə Azərbaycan vəİran ərazilərində yerləşən Astara terminallarının idarəçiliyinihəyata keçirən “Cənub Yük Terminalı” MMC-nin fəaliyyətiningenişləndirilməsinə xüsusi diqqət yetirilib.

ADY Şimal-Cənub dəhlizinin inkişafı üçün də intensiv işlərgörür. Ötən ilin sentyabr ayında Asiya İnkişaf Bankı iləSumqayıt–Yalama xəttinin modernləşdirilməsi üçün 131,5 milyondollar məbləğində kredit sazişi imzalanıb.

ADY bu dəhliz üzrə artan yükaşırma həcmlərini daha sürətli vəeffektiv həyata keçirmək üçün 2024-cü ildə Azərbaycan ərazisindəkiAstara yük terminalının rekonstruksiyasını başa çatdırıb, ərazidəsürətli gömrük-keçid xidmətinin yaradılmasına nail olub.Rekonstruksiya çərçivəsində yük anbarı müasir standartlara uyğuntəmir edilib, terminal lazımi texnika və təhlükəsizlik kameralarıilə təmin edilib. Həmçinin yüklərin çəkisini müəyyən etmək üçüntərəzi və sürətli internetlə təchiz olunmuş gömrük məntəqəsiyaradılıb.

Terminal multimodal daşıma xidmətləri təqdim edərək ekspeditorşirkətləri üçün yeni imkanlar yaradır. Qəbul edilən yüklərindaşınması və aşırılması üçün endirimli tariflər tətbiq olunur.Terminalın fəaliyyəti Şimal-Cənub dəhlizi üzrə tranzityükdaşımaları ilin sonunadək 10-15% artırmağa imkan verib.

Terminalın potensialının Astara–Rəşt dəmiryol xətti istifadəyəverildikdən sonra daha böyük yük həcmi üçün reallaşdırılmasıplanlaşdırılır.

Şimal-Cənub dəhlizi ilə Azərbaycan ərazisindən tranzityükdaşımaların həcmi 2024-cü ildə 814 min ton təşkil edib. Bu da2023-cü ilin eyni dövrü ilə müqayisədə 28 faizdən çoxdur.

Избранный
17
4
az.trend.az

1Источники