RU

AÇ-2026: Xorvatiya - Azərbaycan matçının təyinatları açıqlandı

Futzal üzrə Avropa çempionatının (AÇ-2026) əsas mərhələsi çərçivəsində keçiriləcək Xorvatiya – Azərbaycan matçının təyinatları açıqlanıb.

Arena.az bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir.

Belə ki, yanvarın 31-də Pula şəhərində keçiriləcək görüşü Moldova və Estoniyadan olan hakimlər idarə edəcəklər. Qarşılaşmada birinci hakim kimi Viktor Buqenko (Moldova) fəaliyyət göstərəcək. Digər hakimlər isə estoniyalı Qriqori Oşomkov və Yaqnar Yakobson olacaqlar. Matçın UEFA nümayəndəsi Stefan Kammerer (Almaniya) təyin edilib.

Qeyd edək ki, “Mate Parlov”da keçiriləcək Xorvatiya – Azərbaycan matçına Bakı vaxtı ilə saat 22:15-də start veriləcək.

AC-2026-nın əsas mərhələsi
31 yanvar

22:15. Xorvatiya – Azərbaycan
Hakimlər: Viktor Buqenko (Moldova), Qriqori Oşomkov (Estoniya), Yaqnar Yakobson (Estoniya).
UEFA nümayəndəsi: Stephan Kammerer (Almaniya).
Pula, “Mate Parlov”.

Избранный
23
3
arena.az

4Источники