Britaniya və müttəfiqləri Ukraynaya 45 milyon funt sterlinqə (55 milyon dollar) 30 min pilotsuz təyyarə bağışlayır.
Editor.az bu barədə Ukraynanın müdafiə naziri Rustem Umerovun “Facebook” səhifəsində “Ramşteyn”in 25-ci görüşünün əldə olunması ilə bağlı mesajından məlum olub. “Böyük Britaniya: NATO müttəfiqləri ilə birlikdə Ukraynaya 45 milyon funt-sterlinqə 30 min yeni pilotsuz təyyarə bağışlayacaq.
Layihədə Danimarka, Hollandiya, Latviya və İsveç iştirak edir. Norveç: Çoxmillətli təşəbbüs çərçivəsində pilotsuz təyyarələrin alınması üçün 700 milyon NOK. İslandiya: “Danimarka modeli” çərçivəsində istehsalı çərçivəsində Ukrayna silahlarını 2 milyon avro dəyərində maliyyələşdirəcək. “, – Umerov qeyd edib.
//Samir Qurbanov, Editor.az