RU

Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin mərkəzində insan amili dayanır - ÖZƏL

"Cənab Prezident yerli telekanallara müsahibəsində bildirdiyi kimi Azərbaycanın dövlət büdcəsinin əhəmiyyətli hissəsi müdafiə və təhlükəsizliklə bağlı xərclərə yönəlib". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sevinc Hüseynova deyib: "Sözsüz ki, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa quruculuq prosesləri də dövlətimiz üçün prioritet olan məsələlər sırasındadır. Eyni zamanda ölkəmizin ümumi inkişaf tendensiyasına uyğun olaraq qarşıya qoyulan bütün proqramlar uğurla icra edilir. Bütün bunlar dünya iqtisadiyyatının artım templərinə və inkişaf etmiş ölkələrin inkişafına, yaxud da ki, tənəzzüllə müqayisədə Azərbaycan iqtisadiyyatının uğurla inkişaf etdiyini göstərir. Sözsüz ki, bunun təməlində həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət və düşünülmüş strategiya dayanır. Ölkəmizdə sosial sahə də hər zaman prioritet istiqamətlərdən olub. Ölkə başçısının da bəyan etdiyi kimi bu ilin yanvarından minimum əməkhaqqı 55 manat artaraq 400 manata çatıb. Eyni zamanda minimum pensiya 40 manat artıb və 320 manat olub. Orta hesabla bu artım 14-15 faiz təşkil edir. Bütün bu amillər Azərbaycanın social dövlət strategiyasının tərkib hissəsidir. Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin mərkəzində insan amili dayanır. Qarşıya qoyulan əsas vəzifələrdən biri də məhz ölkə vətəndaşlarının daha yaxşı yaşayışına və onların sosial qayğılarının tam təminatına yönəlib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
20
olaylar.az

1Источники