RU

NATO Baltik dənizinə iki patrul gəmisi göndərəcək

Bakı. Trend:

NATO infrastruktur təhlükəsizliyinin təmin olunması məqsədiləBaltik dənizinə patrul həyata keçirən iki gəmi yollayacaq.

Trend xəbər verirki, bu barədə Finlandiya xarici işlər naziri Elina Valtonen mətbuatnümayəndələri üçün keçirdiyi brifinqdə danışıb.

“NATO hazırda iki gəmi göndərməkdədir... NATO-nun daha genişiştirakı sakitləşdirici və stabilləşdirici effektə malikdir. Beləbir qərarın qəbul olunması bizi çox sevindirir”, - deyə XİN rəhbəribildirib.

Nazirin sözlərinə görə, Qərbdə Rusiyanın “kölgə donanması” kimitəqdim olunan gəmiləri kritik əhəmiyyətli sualtı infrastrukturaciddi təhdid yaradır. Söhbət Baltik dənizindən keçən “EstLink 2”energetik naqil xəttindən gedir. Estoniya ilə Finlandiyanıbirləşdirən sualtı-naqil xətti dekabrın 25-də müəmmalı şəkildəsıradan çıxmışdı.

Məqalədə:
Избранный
23
az.trend.az

1Источники